“Fənərbaxça” derbiyə itki ilə çıxacaq

22:37 - 18 Sentyabr 2017

Türkiyə Super Liqasının 5-ci turu çərçivəsində “Alanyaspor”a qarşı keçirilən matçın 32-ci dəqiqəsində zədələnərək Mehmet Ekici ilə əvəzlənən "Fənərbaxça"nın futbolçusu Nabil Dirarın son durumu məlum olub.


Sportal.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, oyunçunun qasığında 1-ci dərəcəli yırtıq aşkarlanıb.


31 yaşlı vinqer növbəti turda “Beşiktaş”a qarşı keçiriləcək oyunu buraxacaq. Mərakeşli futbolçunun 7-ci tur çərçivəsində baş tutacaq "Akhisarspor" - Fənərbaxça" qarşılaşmasına qədər sağalacağı gözlənilir.

 

Xəbər xətti