Abdullayev oynadı, komandası səfərdə qalib gəldi

22:55 - 18 Sentyabr 2017

Kipr çempionatında 4-cü turun oyunları davam edir. 


Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Araz Abdullayevin də formasını geyindiyi “Anortosis” növbəti matçını keçirib.


Famaqusta təmsilçisi səfərdə APOEL-lə qarşılaşıb. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. 30-cu dəqiqədə Viktor fərqlənib.


Oyuna əsas heyətdə başlayan Araz 78 dəqiqə meydanda olub. O, komanda yoldaşı Artimatas ilə əvəzlənib.


Qeyd edək ki, 4 oyundan sonra 10 xal toplayan “Anortosis” bir oyun artıq olmaqla turnir cədvəlinin zirvəsində qərarlaşıb.

 

Xəbər xətti