Kuarejma 506 günlük sindromu qırdı

23:55 - 18 Sentyabr 2017

Türkiyə Super Liqasının 5-ci turu çərçivəsində “Beşiktaş” “Konyaspor”u öz meydanında məğlub edib – 2:0.


Sportal.az xəbər verir ki, uzun müddətdir penaltidən savayı qol vura bilməyən Rikardo Kuarejma sözü gedən matçda bu sindromu qırıb.


Belə ki, portuqaliyalı vinqer qarşılaşmanın 66-cı dəqiqəsində vurduğu möhtəşəm qolla komandasını 2:0 önə keçirib. Nəticədə bu qol son Avropa çempionunun liqada 506 gündən sonra penaltidən savayı vurduğu ilk qol olub.


Qeyd edək ki, ulduz futbolçunun sonuncu dəfə Super Liqada penaltidən savayı vurduğu qol 2016-cı ilin aprel ayının 16-da “Kayserispor”a qarşı keçirilən oyuna təsadüf etmişdi.

 

 

Xəbər xətti