Rauf Əliyevli “Kukesi” xal itirdi

00:31 - 19 Sentyabr 2017

Albaniya çepionatında II tura yekun vurulub. 


Sportal.az xəbər verir ki, millimizin üzvü Rauf Əliyevin çıxış etdiyi “Kukesi” klubu da növbəti matçını keçirib.


Kukes təmsilçisi səfərdə “Partizani” klubu ilə qarşılaşıb. Görüş 0:0 hesablı heç-hemə ilə başa çatıb.


Qeyd edək ki, Rauf bu oyuna start heyətində başlayıb.


Bu nəticədən sonra “Kukesi” 4 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 

 

Xəbər xətti