Samir Abasov: "Hər kəs məşqdən sonra nə edirsə, öz işidir"

01:05 - 19 Sentyabr 2017

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov komandanın gənc futbolçusu Nicat Muxtarovun bir neçə nəfərə qoşularaq 695 metr kabel oğurlamasına etməsinə münasibət bildirib.

 

Sportal.az saytına açıqlamasında o, sözügedən futbolçunun son vaxtlar əsas komandada məşqlərdə iştirak etmədiyini bildirib:

 

“Bu məsələni aydınlaşdırmamışıq. Mən də ordan-burdan eşitmişəm. İndi geniş danışmaq istməzdim. Futbolçuların maaşını da mən müəyyənləşdirmirəm. Buna nəyə görə əl atdığını bilmirəm. Ötən mövsüm aldığı qırmızı vərəqənin cəzasından sonra hazır son oyunlara hazır deyildi və əvəzedici heyətə göndərmişdik. Əvəzedici heyət əsas komandadan sonra oynayır. Daha sonra eşitdik ki, Nicat ora da getməyib. Evlərindən zəng edib deyiblər ki, xəstələndiyi üçün məşqə qoşulmayıb. Mən bu qədər bilirəm. Hər kəs məşqdən sonra nə edirsə, öz işidir. Bu hadisənin necə baş verdiyi haqda tam bildikdən sonra nəsə demək olar”.

Xəbər xətti