Nizami Hacıyevdən "Neftçi" AÇIQLAMASI

11:33 - 19 Sentyabr 2017

"İnter"in kapitanı Nizami Hacıyevin adı paytaxtın digər klubu "Neftçi ilə hallanır. Məlumata görə, "ağ-qaralar"ın yeni baş məşqçisi Tərlan Əhmədov qış fasiləsində komandaya cəlb etmək istədiyi oyunçularla indidən danışıqlara başlayıb. Onlarına arasında "İnter"in kapitanı Nizami Hacıyevin də adı var (Futbol11.az).

 

Məsələ ilə bağlı Hacıyev Sportal.az saytına açıqlama verib. Yarımmüdafiəçi "Neftçi"dən təklif almadığını vurğulayıb:

 

"Xeyr, bu məlumatlar həqiqəti əks etdirmir. Hal-hazırda "Neftçi"dən heç bir təklif almamışam. Nə rəsmi, nə də qeyri-rəsmi. Tərlan Əhmədov mənimlə heç bir əlaqə saxlamayıb. Bunlar sadəcə, şaiələrdir". 

 

Kapitan "Neftçi"dən təklif alsan, qəbul edərsən" sualına belə cavab verib:

 

"Hazırda "İnter"in kapitnıyam. Xoşbəxtəm ki, bu statusu daşıyıram. Gələcəkdə nələrin olacağını indidən deyə bilmərəm. İndi mən “İnter”in futbolçusuyam və bu klubun uğurları üçün çalışıram. Klubla müqaviləm var, bu müqaviləyə əsasən öz vəzifəmi, borcumu yerinə yetirirəm. İndi deyə bilmərəm ki, sabah “Neftçi”dən təklif gəlsə, razılaşaram, yoxsa yox".

 

Qeyd edək ki, 29 yaşlı oyunçu vaxtilə “Olimpik”də Tərlan Əhmədovla birgə futbol oynayıb. 

Xəbər xətti