Almaniya - Azərbaycan matçının biletlərinin qiymətində endirim edildi

13:34 - 19 Sentyabr 2017

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Almaniya - Azərbaycan oyununa biletlərin qiymətində endirim edilib.

 

Sportal.az xəbər verir ki, 4 kateqoriyaya bölünən biletlərdən 25 avroya olanları 18 avroya, 80 avroluq biletlər isə 60 avroya əldə etmək mümkündür. Bundan başqa, 6 yaşadək uşaqlar üçün biletlər 10 avroya satılacaq. 6 yaşdan yuxarı uşaqlar, təqaüdçülər və əlillər isə biletləri 50 faiz ucuz ala biləcəklər.

 

Qeyd edək ki,  “Fritz-Valter” stadionunda keçiriləcək Almaniya - Azərbaycan oyunu oktyabrın 8-i Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xəbər xətti