“Sumqayıt” – "Qarabağ" oyununun başlama saatı açıqlandı

16:17 - 19 Sentyabr 2017

Topaz Premyer Liqasının 6-cı turunda keçiriləcək “Sumqayıt” – "Qarabağ" oyununun başlama saatı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, görüş sentyabrın 22-də "Kapital Bank Arena"da baş tutacaq və 19:00-da start götürəcək. Qarşılaşma CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

 

Qeyd edək ki, "Sumqayıt" 5 turdan sonra 7 xalla 5-ci yerdə qərarlaşıb. "Qarabağ" 1 oyun az keçirməklə 12 xal toplayıb və lider "Zirə"dən 1 xal geri qalaraq 2-ci pillədə məskunlaşıb.

Xəbər xətti