Luis Enrike Super Liqaya keçir

21:11 - 19 Sentyabr 2017

Rıza Çalımbayla yollarını ayıran “Antalyaspor” klubu vaxt itirmədən yeni baş məşqçi axtarışına başlayıb.


Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi tanınmış mütəxəssis Luis Enrikeni baş məşqçi postuna gətirmək niyyətindədi.


 “Barselona”nın sabiq çalışdırıcısı ilə ilkin razılığın əldə edildiyi də bildirilir.


Qeyd edilir ki, əgər ispaniyalının gəlişi reallaşmasa, Alberto Zakkeroni, Fabio Kapello, Roberto Di Matteo, Tomas Tuhel, Mehmet Özdilək və ya Ərtuğrul Sağlamdan biri bu posta gətiriləcək.

 

Xəbər xətti