Atası: "Nicat Muxtarovluq heç nə yoxdur"

21:33 - 19 Sentyabr 2017

“Hadisənin təfərrüatı barədə məlumatsızıq. Mənə elə gəlir ki, uşaqlıq heç nə yoxdur”. 


Sportal.az xəbər verir ki, bunu “Report”a açıqlamasında "Sumqayıt” klubunun oğurluğa görə tutulmuş futbolçusu Nicat Muxtarovun atası Asif Muxtarov deyib.

 

O bildirib ki, N.Muxtarovun ötən mövsümün sonlarında AFFA İntizam Komitəsi tərəfindən kəsilmiş cəriməni ödəmək üçün oğurluq etdiyi də həqiqətə uyğun deyil: "Həmin cərimə klub tərəfindən də ödənilməyib". 


Sürücü işlədiyini deyən A.Muxtarov futbolla bağlı məsələlərdən dərin təsəvvürünün olmadığını da əlavə edib. Bu səbəbdən, o, geniş danışmaq istəmədiyini vurğulayıb. 


Qeyd edək ki, Nicat Muxtarov sentyabrın 9-da və 15-də Sumqayıt telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlamaqda şübhəli bilinən mütəşəkkil qrupun tərkibində tutulub.

 

Xəbər xətti