16 yaşlı futbolçu "Çelsi"nin hədəfində

22:22 - 19 Sentyabr 2017

İngiltərə Premyer Liqasında mübarizə aparan “Çelsi” İtaliyanın “Genoa” klubunun hücumçusu Pietro Pelleqri ilə maraqlanır.


Sportal.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, “zadəganlar”ın baş məşqçisi Antonio Konte 16 yaşlı forvardı komandasında görmək istəyir.


Qeyd edək ki, keçən tur çərçivəsində “Genoa”nın “Latsio”ya qarşı 3-2 məğlub olduğu oyunda komandasının 2 qolunu vurmuş Pelleqri İtaliyada 1 qarşılaşmada iki dəfə fərqlənən ən gənc oyunçu olub.


“Genoa”nın yetirməsi olan italyan futbolçunun klubla 2019-cu ilə qədər müqaviləsi var.

 

Xəbər xətti