“Portu” Abubakar üçün 17 milyon avroluq təklifi rədd etdi

23:09 - 19 Sentyabr 2017

Portuqaliyanın “Portu” klubunun şərəfini qoruyan Vinsent Abubakar “Marsel”ə keçə bilər.


Sportal.az RMC nəşrinə istinadən xəbər verir ki, “Marsel” sabiq “Beşiktaş”lı oyunçu üçün “Portu”ya 17 milyon avroluq təklif göndərib, lakin “əjdahalar” Fransa təmsilçisindən 20 milyon avro tələb edib. 


Tərəflər arasında danışıqlar davam edir.


Qeyd edək ki, Çempionlar Liqasında “Beşiktaş”la oyundan sonra sabiq klubunun paltar dəyişmə otağına gedən və “Portu” azarkeşlərini əsasbiləşdirən 25 yaşlı futbolçu “Marsel”dən gələn təklifdən sonra klub rəhbərliyinə ayrılmaq istədiyini bildirib.


Xatırladaq ki, bu mövsüm çıxdığı 4 oyuna 4 qol vuran kamerunlu hücumçu “Portu” ilə müqaviləsi 2018-ci lin iyun ayında bitir.

Xəbər xətti