"Qarabağ" avtoqolla məğlub oldu, "Qəbələ" 3 qolla qalib gəldi

23:37 - 19 Sentyabr 2017

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 5-ci tura yekun vurulub.


Sportal.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.  “Kəpəz” “Qarabağ”ı, “Qəbələ” isə “Səbail”i səfərdə məğlub edib.


Əvəzedicilərin çempionatı

5-ci tur


“Səbail” 0-3 “Qəbələ”
QOLLAR:
Rövlan Muradov, 31; Ülvi İsgəndərov, 69; 82


“Qarabağ” 0-1 “Kəpəz”
QOL:
Elçin Əsədov, 18 (ö.q.)

Xəbər xətti