Nazarovun komandası qələbə qazandı

23:57 - 19 Sentyabr 2017

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 7-ci turun oyunları keçirilir.


Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb. 


Sözügedən komanda səfərdə “Kayzerslautern”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda qələbə qazanıb - 2:0.


Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətdə meydana çıxan yarımmüdafiəçi sonadək oynayıb.


Qeyd edək ki, “Ersgebirge” geridə qalan 7 turda 10 xal toplayıb və 18 klub arasında 8-ci sıradadı.

Xəbər xətti