"Barselona" Koutinyonun qiymətini açıqladı

00:42 - 20 Sentyabr 2017

İspaniya La Liqasında mübarizə aparan “Barselona”nın prezidenti Xosep Bartomeu Filipe Koutinyonun transferinin reallaşmamasının səbəbini açıqlayıb.


Sportal.az xəbər verir ki, İspaniyanın “TV3” kanalına müsahibə verən prezident “Liverpul”un təklif olunandan daha çox məbləğ tələb etdiyini vurğulayıb:

 

“Transfer məbləğərinin çox yüksək olduğunu bilirik, lakin “Liverpul”a təklifimiz bonuslarla birlikdə 120 milyon avro idi. “Mersisaydlılar”ın isə istədiyi məbləğ 200 milyon avro idi”.


Xatırladaq ki, “Barselona” yay transfer dönəmində braziliyalı futbolçu üçün “Liverpul”a bir neçə dəfə təklif göndərsə də, oyunçunun keçidi baş tutmamışdı.

Xəbər xətti