Eratlı “Duysburq” səfərdə xal itirdi

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 7-ci turun oyunları keçirilib.


Sportal.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Tuğrul Eratın formasını geyindiyi  “Duysburq” da növbəti matçına çıxıb. 


Sözügedən komanda səfərdə “İnqolştadt”la qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb.


Erat da bu qarşılaşmanın iştirakçısı olub. O, 71-ci dəqiqədən etibarən mübarizəyə qoşulub.


Qeyd edək ki, “Duysburq” geridə qalan turlarda topladığı 8 xalla 18 klub arasında 11-ci pillədə qərarlaşıb.

 

Tarix: 20 Sentyabr [00:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Oktyabr 2017
17  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio