Qərar verilir: Çempionlar Liqasının finalı Bakıda keçiriləcək?

10:39 - 20 Sentyabr 2017

Bu gün 2018/2019 UEFA Çempionlar Liqasının və Avropa Liqasının finallarını təşkil edəcək şəhərlərin adları açıqlanacaq.

 

Sportal.az xəbər verir ki, Azərbaycan paytaxtı Bakı da hər iki turnirin həlledici qarşılaşmasına namizədlər arasındadır.

 

Çempionlar Liqası üçün Bakı Olimpiya Stadionuna yalnız bir rəqib var. Bu Madrid “Atletiko”sunun yeni stadionu “Vanda Metropolitano”dur.

 

Avropa Liqasında isə BOS iki stadionla mübarizə aparacaq. Bunlar Sevilyanın “Ramon Sançes Pisxuan” və İstanbulun “Vodafon Park” arenalarıdır.

 

Qeyd edək ki, UEFA-nın qərarı Bakı vaxtilə saat 10:30-da İcraiyyə Komitəsinin iclasında açıqlanacaq.

Xəbər xətti