Messidən "Nou Kamp"da tarixi qol

11:20 - 20 Sentyabr 2017

“Barselona” İspaniya çempionatının 5-ci turunda “Eybar”a 6:1 hesabı ilə qalib gəlib.

 

Sportal.az xəbər verir ki, Lionel Messi bu qarşılaşmada poker edib. O, oyunun 20, 59, 62 və 87-ci dəqiqələrində fərqlənib. Argentinalının 2-ci qolu onun “Nou Kamp”da vurduğu 300-cü qol olub.

 

Hazırda Messinin bu stadionda vurduğu qolların sayı 302-di. Maraqlıdı ki, Messi 302 qoldan 2-ni Argentina yığmasının heyətində “Nou Kamp”da oynayarkən vurub. Qalan 300 qol isə “Barsa”nın heyətində vurulub.

Xəbər xətti