"Yuventus" Buffonun xələfini tapdı

"Yuventus" mövsümün sonunda karyerasını başa vurmağı planlaşdıran Canluici Buffona əvəzləyici axtarışına indidən başlayıb.

 

Sportal.az xəbər verir ki, turinlilər 40 yaşlı qolkiperin gedişindən sonra çərçivəsi "Atletiko"nun qapıçısı Yan Oblaka həvalə etmək istəyir. Sloveniya millisinin üzvü Buffonun xələfi olmağa ən real namizəd kimi görünür.

 

24 yaşlı "əlcək sahibi"nin meneceri Miha Mlakar da "Yuventus"un Oblakla maraqlandığını təsdiqləyib. O, açıqlamsında "Maraqlananlar arasında ən yaxşı klub "Yuventus"du" deyə bildirib.

 

Qeyd edək ki, Oblakın Madrid klubu ilə müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub. Onun sözləşməsində sərbəs qalmaq maddəsi isə 100 milyon avrodu.

Tarix: 20 Sentyabr [13:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2017
22  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio