"Səbail" oyunun video yazısını təqdim etmədiyinə görə cərimələndi

13:44 - 20 Sentyabr 2017

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda Topaz Premyer Liqasında iştirak edən klubların əvəzedici komandalarının 5-ci turunda keçirilən oyunlar müzakirə edilib və aşağıdakı qərarlar qəbul edilib.

 

“Neftçi” – “Zirə” matçının 81-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Elvin Sərkərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub isə 800 manat cərimə olunub.

 

 “İnter" – “Sumqayıt” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

 

Oyunun 83-cü dəqiqəsində bakılıların futbolçusu Murad Qayalı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.  

 

 “Səbail" – “Qəbələ” matçında meydan sahibləri oyunun video yazısını təqdim etmədiyinə görə, klub 400 manat cərimə olunub.

Xəbər xətti