Futbol məbədində seks qalmaqalı

14:12 - 20 Sentyabr 2017

Futbol tarixinin ən məşhur stadionlarından olan "Marakana"da seks qalmaqalı baş verib.

 

Sportal.az xəbər verir ki, Braziliyanın Rio de Janeyro yerləşən futbol məbədində porno film çəkilib.

 

Ölkənin nüfuzlu mətbuat orqanlarından olan "UOL Esporte" nəşrinin yazdığına görə bazar günü gecə saat 3-dən sonra stadionda porno film çəkilişləri olub. Yayılan görüntülərin "Marakana"ya aid olunduğu iddia edilib.

 

Qeyd edək ki, 1950-ci ildə istifadəyə verilən "Marakana" dünyanın ən çox azarkeş tutumuna malik olan stadionu idi. 2014-cü ildə yenidən qurulan arena dünya çempionatı oyunlarına ev sahibliyi edib.

Xəbər xətti