"Qarabağ"ın futbolçusu uzun müddət sonra milliyə dəvət aldı

16:57 - 20 Sentyabr 2017

“Qarabağ”ın cənubi afrikalı futbolçusu Dino Ndlovu uzun fasilədən sonra ölkəsinin milli komadasına dəvət alıb.

 

Sportal.az xəbər verir ki, Cənubi Afrika Respublikası yığmasının baş məşqçisi Stüart Bakster 25 nəfərlik siyahıya Ndlovunun da adını qeyd edib.

 

CAR DÇ-2018-in seçmə mərhələsində oktyabrın 7-də Burkina Faso ilə qarşılşacaq.

 

Qeyd edək ki, CAR yığmasında 2012-ci ildə debüt edən Dino Ndlovu bu vaxta qədər millidə 4 oyun keçirib.

Xəbər xətti