Emin Mahmudov: "Neftçi" yaxşı vəziyyətdə deyil" VİDEO

18:59 - 20 Sentyabr 2017

"Neftçi”yə gəldiyimə görə şadam. Komandaya çətin vəziyyətdən çıxmaq üçün kömək etmək istəyirəm. Ona görə ki, "Neftçi" yaxşı vəziyyətdə deyil".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Emin Mahmudov "Neftçi" TV-yə  açıqlamasında deyib.

 

"Neftçi"yə uyğunlaşdığını bildirən milli komandamızın üzvü komandada yaxşı ab-havanın olduğunu vurğulayıb:

 

"Yavaş-yavaş yüksəlmək lazımdır. Hamı yaxşı olmasını arzulayır. "Neftçi”nin əvvəlki səviyyəsinə qayıtmasını istəyən azarkeşlərin arzusunu reallaşdırmaq üçün hamımız çalışırıq. Ruslan Abışov mənə çox kömək edir, digər komanda yoldaşlarım da köməklərini əsirgəmirlər. Hər bir futbolçumuzla yaxşı münasibətim var, portuqal dilini bildiyim üçün legionerlərlə də ünsiyyət qura bilirəm. Azərbaycan, rus dillərini bilənlərlə danışıram. Buna görə də uyğunlaşma prosesi asan keçir. Meydana məğlub düşüncələri ilə çıxmaqdansa, çıxmamaq yaxşıdır. Yalnız qələbə haqda düşünməliyik. Ümid edirəm ki, alınacaq, qalib gələcəyik. Bilirik ki, bizə qələbə qazanmaq lazımdır”.

 

Xəbər xətti