Kamranlı “Mlada” növbəti mərhələdə

22:02 - 20 Sentyabr 2017

Çexiya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. 


Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Kamran Ağayevin şərəfini qoruduğu “Mlada” da matça çıxıb. 


Öz meydanında “Pribram” ilə qarşılaşan komanda 3:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanıb.


Matça start heyətində başlayan Kamran 90 dəqiqə meydanda olub.

Xəbər xətti