Kavaniyə 3 klub birdən göz dikib

Fransa 1-ci Liqasında mübarizə aparan PSJ-nin forvardı Edinson Kavaniyə 3 klub birdən göz dikib.


Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisindəki gələcəyi  qeyri-müəyyən olan Kavani ilə “Çelsi”, “Everton” və “Napoli” klubları maraqlanır.

 

Bildirilir ki, hər üç klub yanvar ayında öz təkliflərini göndərəcək.


PSJ-nin Neymar və Mbappe transferlərindən sonra maliyyə “feyr-pley”indən çəkindiyi və 30 yaşlı futbolçunun komandadan göndərilməsinə müsbət yanaşdığı qeyd edilir.


“Çelsi”, “Everton” və “Napoli”nin ən ciddi 3 namizəd olduğu, lakin həmçinin, “Yuventus” və “Milan”ın da hücumçu ilə maraqlandığı və “Borussiya” (Dortmund) Obameyanqı satacağı təqdirdə uruqvaylı oyunçunu transfer etməyə çalışacağı vurğulanır.


Qeyd edək ki, ötən günlərdə Fransa mətbuatında Neymarın PSJ-nin prezidenti Nasser Əl-Xələfidən Kavaninin satılmasını xahiş etdiyi ilə bağlı xəbərlər yayılmışdı. Qətərli prezident isə yayılan bu xəbərlər ilə əlaqədar verdiyi açıqlamada bunları demişdi: “Ortada bir problem yoxdu. Mətbuat hadisələri böyüdür”.

Tarix: 20 Sentyabr [23:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2017
22  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio