Budaq Nəsirov "Sportinq"də növbəti oyununu keçirdi

00:44 - 21 Sentyabr 2017

Portuqaliya Sequndasında 8-ci turun oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, Budaq Nəsirovun formasını geyindiyi "Sportinq"in B komandası növbəti matçına çıxıb.  Lissabon təmsilçisi səfərdə "Aroka"nın qonağı olub. Qarşılaşmada meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib.

 

Budaq Nəsirov matça 62-ci dəqiqədə hesab 0:2 olarkən daxil olub.

 

Qeyd edək ki, "Sportinq" 8 turdan sonra 10 xal toplayıb və turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Xəbər xətti