"Atletik"in futbolçusu xərçəngdən qurtuldu

12:25 - 21 Sentyabr 2017

Bir müddət əvvəl İspaniyanın "Atletik" klubunun futbolçusu Yeray Alvaresdə testis xərçəng xəstəliyi aşkarlanmışdı. 

Sportal.az xəbər verir ki, həmin dövrdən bəri ciddi müalicə alan müdafiəçi artıq tam sağalıb və yaşıl meydanlara dönməyə hazırdı. 21 yaşlı futbolçu fərdi məşqləri davam etdirir.

 

İspaniyanın U-21 millisinin də üzvü olan müdafiəçi tezliklə kollektiv məşqlərə də qoşulacaq və "Atletik"ə kömək etməyə hazır olacaq.

Xəbər xətti