Bakı 2020-ci ildə də ÇL finalını qəbul etməyəcək

14:19 - 21 Sentyabr 2017

AÇ-2020-nin keçiriləcəyi 13 şəhərdə 2019-2020 mövsümünün Avropa Liqası və Çempionlar Liqasının final oyunları keçirilməyəcək. 

 

Sportal.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsi qəbul etdiyi qərara səbəb kimi, avrokubokların həlledici qarşılaşmalarının digər ölkələrin təşkil etməsinə imkan yaratmaq olub. Ancaq 13 şəhərdə UEFA Super Kubokunun oyunu keçirilə bilər.

 

Qeyd edək ki, AÇ-2020 Bakı, Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Roma (İtaliya), Münhen (Almaniya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan), Brüssel (Belçika) və Qlazqo (Şotlandiya) şəhərlərində keçiriləcək.

 

2018-2019 mövsümündə Çempionlar Liqasının finalı Madriddəki "Metropolitano" stadionunda, Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda təşkil olunacaq. UEFA Super Kuboku matçı isə Türkiyənin İstanbul şəhərindəki "Vodafone Park" stadionunda baş tutacaq.

Xəbər xətti