105 milyon avroluq transfer zədədən nə zaman dönəcək?

15:00 - 21 Sentyabr 2017

"Barselona"nın zədədən əməliyyat edilən hücumçusu Usman Dembele yaşıl meydanlara 2 ay sonra qayıdacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə 20 yaşlı futbolçu sosiaı şəbəkə hesabında məlumat verib. Dembelenin 3-4 aylıq sıradan çıxdığı bildirilsə də, fransalı oyunçu daha erkən qayıdacağını bəyan edib.

 

Yay transfer dönəmində 105 milyon avro və bonuslar qarşılığında "Barselona"ya "Borussiya"dan keçən Dembele La Liqanın 4-cü turunda "Hetafe"ya qarşı oyunda zədələnib.

Xəbər xətti