Dino Ndlovu: "Milliyə dəvət almağı sürpriz hesab etmirəm"

15:51 - 21 Sentyabr 2017

"Qarabağ"ın cənubi afrikalı hücumçusu Dino Ndlovu uzun müddət ölkəsinin millisinə dəvət alması barədə danışıb.

 

Sportal.az xəbər verir ki, Dino milliyə dəvət almağını sürpriz hesab etmir:

 

"Mən inanmırdım... İndi də anlamıram. Bu barədə məlumatım yox idi. Lakin yığmaya dəvət almaq mənim üçün sürpriz deyil. Çünki son zamanlar çox səylə çalışırdım. Deyərdim ki, səbir etdiyim illərin əvəzini aldım. İşimiz bitməyib. Mən daha çox çalışmalıyam".

 

Dino "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində "Çelsi"yə qarşı ilk oyunu barədə də danışıb:

 

"Bizim üçün yaxşı təcrübə olacaq. Yaxşı oynadığımı hiss edirdim. Performansımı daha yaxşı göstərməyim üçün mənə 1 qol lazım idi".

 

Qeyd edək ki, CAR yığmasında 2012-ci ildə debüt edən Dino Ndlovu bu vaxta qədər millidə 4 oyun keçirib. Dino yığmada son görüşünü 2012-ci ildə Braziliyaya qarşı keçirib.

 

CAR DÇ-2018-in seçmə mərhələsində oktyabrın 7-də Burkina Faso ilə qarşılşacaq.

Xəbər xətti