"Binə" "Qaradağ Lökbatan"a qalib gəldi

16:53 - 21 Sentyabr 2017

Birinci Divizionda yeni mövsümün startına hazırlaşan “Binə” və “Qaradağ Lökbatan” klubları bu gün yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, “Lökbatan OİK-də baş tutan oyun “Binə”nin qələbəsi ilə nəticələnib.

 

Hər iki qol ilk yarıda vurulub. Məhəmməd Bədəlbəylinin 16-cı dəqiqədə hesabı açdığı görüşün 22-ci dəqiqəsində Bəxtiyar Soltanov matçın yekun yekun nəticəsini müəyyənləşdirib – 2:0.

Xəbər xətti