İstanbul derbisinin hakimləri müəyyənləşdi

18:16 - 21 Sentyabr 2017

Türkiyə Super Liqasının 6-cı turu çərçivəsində "Fənərbaxça" doğma meydanda "Beşiktaş"ı qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, bu qarşılaşmanı idarə edəcək hakimlər müəyyənləşib. Əbədi rəqiblərin bu dəfəki İstanbul derbisini Ali Palabıyık idarə edəcək. Ona Mehmet Cem Satman və Sərkan Olquncan kömək edəcək.

 

Qeyd edək ki, 23 sentyabr tarixində "Şükrü Saracoğlu" stadionunda keçiriləcək matç Bakı vaxtilə saat 21:30-da start götürəcək.

Xəbər xətti