Dieqo Kosta yuvaya dönür

18:52 - 21 Sentyabr 2017

"Çelsi"nin hücumçusu Dieqo Kosta karyerasını İspaniyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, braziliya asilli forvard "Atletiko"ya transfer olur. Kostanın keçidi ilə bağlı London və Madrid klubları arasında prinsip anlaşması əldə olunub. Bu barədə "Çelsi"nin rəsmi saytı məlumat yayıb.

 

La Liqa təmsilçisinə transfer qadağası qoyulduğu üçün Kosta komandaya 2018-ci ilin yanvar ayında qoşulacaq. İspaniya mətbuatının yazdığına görə, 28 yaşlı futbolçunun keçidi üçün "Atletiko" 65 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Kosta "Çelsi"yə 2014-cü ildə "Atletiko"dan transfer olmuşdu. O, Premyer Liqa klubunun heyətində meydana çıxdığı 120 qarşılaşmada 59 qol vurmağı bacarıb.

Xəbər xətti