Neymar üzr istədi

Fransa 1-ci Liqasının 6-cı turunda “Lion”la qarşılaşmda penalti zərbəsinə görə komanda yoldaşı Edinson Kavani ilə mübahisə edən Neymar geri addım atıb.


Sportal.az “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, braziliyalı hücumçu PSJ-nin bugünkü məşqindən qabaq komanda yoldaşlarını yanına çağırıb və “Lion”a qarşı keçirilən matçdan sonra paltardəyişmə otağında da davam edən mübahisəyə görə peşman olduğunu bildirib.


Neymarın sözlərini komanda yoldaşı Tiaqo Silvanın tərcümə etdiyi bildirilir.


Paris təmsilçisinin baş məşqçisi Unay Emeri isə bu gün verdiyi açıqlamada hadisənin mətbuat tərəfindən çox böyüdüldüyünü deyib: “Neymarla Kavani arasında yaşanan hadisələr mətbuat tərəfindən çox böyüdülür. Bu mübahisənin komandadakı müsbət atmosferə təsir etməyib”.

Tarix: 22 Sentyabr [00:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Dekabr 2017
14  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio