UEFA-da yeni vitse-prezident

01:13 - 22 Sentyabr 2017

UEFA-nın yeni vitse-prezidenti təyin edilib.

 

Sportal.az xəbər verir ki, bu İtaliya Futbol Federasiyasının baş katibi Mikel Uvadı. O, bu postda ispaniyalı Anxel Mariya Vilyarı əvəzləyib.

 

Vilyar iyul ayında vəzifədən getmişdi. Belə ki, bu il iyulun 18-də İspaniya polisi yerli futbol federasiyasının ofisində axtarış aparmış, 10-a yaxın futbol məmurunu həbs etmişdi. Həbs edilənlər arasında Anxel Mariya Vilyar və oğlu da var idi. Onlar korrupsiyada ittiham olunurdular.

Xəbər xətti