"Qarabağ" "Sumqayıt"ı məğlub etdi YENİLƏNİB

20:54 - 22 Sentyabr 2017

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start veriləcək.

 

Sportal.az xəbər verir ki, ilk gündə bir qarşılaşma keçiriləcək.

 

Turun açılış matçı paytaxtda baş tutacaq. Son ölkə çempionu "Qarabağ" öz meydanında "Sumqayıt"ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyunun start fiti saat 19:00-da səslənəcək və "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.

 

Qeyd edək ki, 6-cı turun digər görüşləri şənbə və bazar günü keçiriləcək.

 

19:00 “Qarabağ” - “Sumqayıt” 4 - 1

Qollar: Pedro Enrike, 56, Riçard Almeyda, 62 (pen.), Mahir Mədətov, 65, 73 - Bəxtiyar Həsənalızadə, 7
Qırmızı vərəqə: Miçel, 88 ("Qarabağ")

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Məhəmməd Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

Xəbər xətti