Alveşin Forlana cavabı gecikmədi: "Ağzını yum!"

10:06 - 22 Sentyabr 2017

PSJ-nin müdafiəçisi Daniel Alveş uruqvaylı sabiq futbolçu Dieqo Forlanın onun haqda verdiyi açıqlamaya münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu onun haqda sərt ifadələr işlədən Forlana cavab verib.

 

Alveş Uruqvay millsinin sabiq üzvünün "Dani Alveş başını bu məsələyə soxmamalı idi. Alveşin Neymarın fahişəsi kimi topu ona verməsi məntiqə uyğun deyil" açıqlaması haqda danışıb və fikirlərini bu cür bildirib:

 

"Forlanın hansı oyunu izlədiyini bilmirəm, amma mən komanda yoldaşımdan topu almadım. Topu məndən aldılar. Sənin üçün bir məlumat verim. PSJ-nin cərimə zərbəsindən sonuncu qolunu mən vurmuşam. Ağzını yum və ortalığı qarışdırmaq üçün mənim adımı çəkmə".

Xəbər xətti