Türkiyə klubunun yeni baş məşqçisi müəyyənləşdi

10:20 - 22 Sentyabr 2017

Türkiyə Super Liqasında mübarizə aparan "Osmanlıspor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Ankara təmsilçisini bundan sonra İrfan Buz çalışdıracaq. 50 yaşlı mütəxəssislə rəsmi müqavilə imzalanıb. Paytaxt təmsilçisi təcrübəli çalışdırıcının rəhbərliyi altında ilk məşqinə çıxıb.

 

Qeyd edək ki, İrfan Buz bu postda bir neçə gün əvvəl istefaya göndərilən Bülənt Uyqunu əvəz edib.

Xəbər xətti