Samir Məsimov oynadı, komandası kubokla vidalaşdı

10:35 - 22 Sentyabr 2017

Rusiya Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir. 

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geydiyi “Fakel” öz meydanında “Amkar”la üz-üzə gəlib. Matç qonaqların 4:0 hesablı qələbəsi ilə tamamlanıb. Bu nəticədən sonra "Fakel" kubokda mübarizəni dayandırıb.

 

Qeyd edək ki, Samir Məsimov meydana start heyətində çıxıb və 65 dəqiqə mübarizə aparıb.

Xəbər xətti