"Real"dan 75 milyon avroluq müqavilə

“Real” forma sponsoru olan “Emereyts”lə müqaviləsinin müddətini uzadıb.

 

Sportal.az xəbər verir ki, əvvəlki anlaşmanın başa çatmasına 1 il qalmış yeni müqavilə 2021/22 mövsümünün sonuna qədər artırılıb.

 

Buna görə madridlilər ildə 75 milyon avro qazanacaq. Bu isə rekorddu. “Real”a kimi forma sponsor üzrə ən çox gəlir əldə edən klub “Şevrolet”lə illik 62 milyon avroya razılaşan “Mançester Yunayted” idi. 

 

Qeyd edək ki, “Real” 2013-cü ildən “Emereyts” yazılan formalarla meydana çıxır. 

Tarix: 22 Sentyabr [13:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2017
22  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio