"Kukesi"nin baş məşqçisi: "Rauf bizim komandaya ulduz futbolçu kimi gəlməyib"

Albaniyanın "Kukesi" klubunun baş məşqçisi Mladen Milinkoviç azərbaycanlı futbolçusu Rauf Əliyev haqda danışıb.

 

Sportal.az xəbər verir ki, 49 yaşlı serbiyalı mütəxəssis millimizin hücumçusunun komandasına ulduz futbolçu kimi gəlmədiyini bildirib:

 

"Rauf Əliyev komandaya ulduz futbolçu kimi gəlməyib. Amma o, doğrudan yaxşı oyunçudur. Bizim komandada ulduzlar yoxdur, meydanda mübarizə aparan, komanda üçün can qoyan futbolçular var. Rauf da onlardan biridir. Fikrimcə, o tezliklə ilk qolunu vuracaq və davamı olacaq".

Tarix: 22 Sentyabr [14:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2017
22  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio