Omar Momanidən Bakıda keçiriləcək avrokubok finalı ilə bağlı karikatura FOTO

2018/19 mövsümü Avropa Liqasının finalının Bakıya salınması məşhur karikaturaçı Omar Momaninin də diqqətindən yayınmayıb.

 

Sportal.az xəbər verir ki, iordaniyalı rəssam son əsərində məhz bu mövzuya toxunub. O, rəsmi “Facebook” səhifəsində  “Azerbaijani people are welcoming the Europa League final” (Azərbaycan xalqı Avropa Liqasının finalını qəbul edir) başlığı altında sözügedən keçidi paylaşıb. Karikaturada Bakı Olimpiya Stadionunun, Avropa Liqasının kubokunun və milli geyimdə oğlan və qızın şəklini təqdim edib. Əsərdə müasir və qədim Bakının simvolları da əksini tapıb.

 

Tarix: 22 Sentyabr [16:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Oktyabr 2017
18  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio