Fatih Terim federasiyadan 3,5 milyon avro tələb edir

Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim Türkiyə Futbol Federasiyasından (TFF) təzminat tələb edib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis bu ilin iyulunda müqaviləsi ləğv olunduğu üçün 1 illik maaşının ödənilməsini istəyib.

 

64 yaşlı məşqçinin 2013-cü ildə imzaladığı 5 illik müqavilədə onun illik maaşı 3.5 milyon avro göstərilib. Müqaviləsinin bitməsinə 16 ay qalmış vəzifəsindən göndərilən Terim federasiyadan 12 ayın təzminatını - 3.5 milyon avro istəyib.

 

Qeyd edək ki, Terimin istefaya göndərilməsindən sonra Türkiyə millisinə Mirça Luçesku rəhbərlik edir.

Tarix: 22 Sentyabr [16:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2017
22  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio