Samir Abasov: "Səhvlərinə görə cavab verəcək" MÜSAHİBƏ

Topaz Premyer Liqasının 6-cı turunda səfərdə “Qarabağ”a uduzan (1:4) “Sumqayıt”ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, Abasov əvvəlcə matçla bağlı fikirlərini bildirib:

 

- Oyuna pis başlamadıq. Belə oyunu gözləyirdik. Bacardığımız qədər qapanırdıq. Əsas məqsədimiz rəqibi əks-hücumlarda tutmaq idi. Buna da nail olduq. Ancaq hesabı qoruyub saxlaya bilmədik. Oyunçular arasında səviyyə fərqi özünü göstərdi. “Qarabağ”a Çempionlar Liqasında uğurlar arzulayıram.

 

- Mehdi Cənnətovun oyunundan razı qaldız?
- Fərhad Vəliyev bir neçə ilə karyerasını bitirəcək. O vaxta kimi yeni qapıçı hazırlamalıyıq. Mehdiyə şans verməliyik ki, özünü göstərsin. Hələliksə, buraxdığı səhvlərə görə cavab verəcək.

 

- Cavid İmamverdiyevin zədəsi necədi?
- Cavidin vəziyyətinə sabah aydınlıq gələcək. Hələliksə, deyə bilərəm ki, əzələsini çox bərk dartıb. Ümid edirəm ki, zədəsi ciddi deyil.

 

- Hakimlikdən razı qaldız?
- Hakimlik barədə danışmaq istəmirəm.

Tarix: 22 Sentyabr [21:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2017
11  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio