Miçel: "Öz aramızda olan məsələlərdi" MÜSAHİBƏ

Topaz Premyer Liqasının 6-cı turunda "Qarabağ" "Sumqayıt"ı 4:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, oyunun son dəqiqələrində 2-ci sarı vərəqni alaraq meydandan qovulan "Qarabağ"ın yarımmüdafiəçisi Miçel jurnalistlərin suallarını cavablandırıb:

 

- "Roma" ilə oyunöncəsi vacib qələbə qazandıq. İlk hissədə istədiyim alınmadı. Ancaq bu, mühüm qələbə idi. Öz oyunuma gəlincə isə deyərdim ki, bunun öhdəsindən gəldim.

 

- "Roma" ilə oyunun təzyiqi ilk hissə büruzə verirdi...
- Tamamilə fərqli oyunlardı. Rəqibimiz də oynayır, müqavimət göstərir.

 

- Qırmızı vərəqə aldıqdan sonra Qurban Qurbanov sənə sərt şəkildə irad bildirdi və paltardəyişmə otağına yollanmağını bildirdi...
- Mənə heç nə demədi. Nə olacaqsa, öz aramızda olan məsələlərdi. Futbolda olan şeylərdi. Əsas söz sahibləri oyun zamanı hakimlər olur.

 

- Qorxmursan ki, bu hərəkətinə görə Qurban Qurbanovun "qara siyahı"sına düşəsən?
- Qorxu və "qara siyahı"? Nə demək olduğunu anlamıram.

 

- Oynamamaq, ehtiyat oyunçular skamyası...
- Futbolda olan şeylərdi. Çalışmaq lazımdı. Olan oldu, keçən keçdi.

 

- "Roma" ilə oyunda "Qarabağ"dan nə gözləmək olar?
- Ümid edirəm ki, "Çelsi" ilə oyundakı ssenari olmayacaq. Üstəlik, evdə oynayacağıq. Daha istəkli olacağıq.

Tarix: 22 Sentyabr [22:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2017
22  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio