Nazarovun komandası 3 xalı 1 qolla qazandı

00:27 - 23 Sentyabr 2017

Almaniya 2-ci Bundesliqasında 8-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” doğma meydanda “Sandhauzen”lə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb.

 

“Aue” 8 turdan sonra 13 xal toplayıb və 18 klub arasında 7-cidi.

Xəbər xətti