PSJ-yə Neymar şoku

Fransa 1-ci Liqasının 7-ci turu çərçivəsində “Monpelye”yə qarşı keçiriləcək oyunda PSJ ulduz futbolçusu Neymarın xidmətindən yararlana bilməyəcək.


Sportal.az xəbər verir ki, PSJ təmsilçisinin baş məşqçisi Unai Emeri zədə səbəbindən Neymarı heyətə daxil etməyib.


Təcrübəli mütəxəssisin risk etmədiyi və braziliyalı hücumçunun Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində gələn həftə “Bavariya”ya qarşı keçiriləcək oyuna tam hazır olmasını istəyir.


Qeyd edək ki, Neymarla birlikdə Anxel di Maria və Xavyer Pastore də zədə səbəbindən heyətə salınmayıb.

Tarix: 23 Sentyabr [00:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2017
22  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio