"Zirə" "İnter"lə heç-heçə etdi, "Səbail" "Kəpəz"ə qalib gəldi YENİLƏNİB

21:57 - 23 Sentyabr 2017

QıAzərbaycan Premyer Liqasında VI turun oyunları davam edir.


Sportal.az xəbər verir ki, bu gün hər iki qarşılaşma Bakıda baş tutacaq.


Günün ilk matçında “Səbail” “Kəpəz”i qəbul edəcək. Qələbə həsrətində olan sonuncular paytaxt səfərində xal qazanmağa çalışacaq. Şahin Diniyevin yetirmələri heç-heçə ilə 1, qələbə ilə 2 pillə irəliləmək imkanına malikdi. Debütant isə 2-ci qələbə üçün mübarizə aparacaq.


Günun ikinci qarşılaşması Zirədə keçiriləcək. Çempionatın sürpriz lideri “Zirə” doğma meydanda “İnter”i sınağa çəkəcək. “Zirə” liderliyini qaytarmaq üçün qələbə qazanmağa çalışacaq. Ayxan Abbasovun yetirmələrinə ilk məğlubiyyəti yaşatmaq iddiasında olan “İnter” isə liderlərdən uzaq düşməmək üçün qələbə qazanmalıdı.


Azərbaycan Premyer Liqası
VI tur
23 sentyabr (şənbə)

 

17:30. “Səbail” -  “Kəpəz” 1 - 0

Qol: Elman Taqayev, 60
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Cavanşir Yusifov,  Rauf Cabbarov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Fazil Mürşüdov
“Dalğa Arena”


20:00. “Zirə” – “İnter” 1 - 1

Qol: Yovan Krneta, 67 - Sertan Taşkın, 20

Qırmızı vərəqə: İlkin Qırtımov, 43 ("İnter")
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Zamiq Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Zirə İdman Kompleksinin stadionu

Xəbər xətti