"Neftçi" ECA-nın "Beactive" layihəsinə qoşulur

11:41 - 23 Sentyabr 2017

"Neftçi” PFK-nın da üzvü olduğu Avropa Klubları Assosiasiyası (ECA) "Beactive” layihəsini davam etdirir. 


Sportal.az xəbər verir ki, artıq üçüncü dəfə həyata keçiriləcək layihənin təbliğatına assosiasiyanın üzvü olan klublar da qoşulub. 


Avropada fiziki fəallığın artırılmasına hesablanan layihə çərçivəsində qitənin bütün ölkələrində idmana çağırışlar səsləndiriləcək və insanlar fəal olmağa çağırılacaqlar. Çağırışa irqindən, dini mənsubiyyətindən və yaşından asılı olmayaraq hər kəs qoşula bilər. "Neftçi” PFK da öz növbəsində növbəti dəfə bu layihəyə qoşulur.

 

Xəbər xətti