Fabio Luçioniyə dopinq şoku

12:09 - 23 Sentyabr 2017

İtaliya A Seriasında çıxış edən “Benevento”nun kapitanı Fabio Luçioni dopinqə “ilişib”.


Sportal.az xəbər verir ki, futbolçunun III tur çərçivəsində keçirilən “Torino” ilə oyundan sonra verdiyi dopinq testinin nəticəsi müsbət çıxıb.


O, dopinqlə mübarizə mərkəzi tərəfindən idman məhkəməsinə verilib və lisenziyası əlindən alınıb.


29 yaşlı futbolçu sabah A Serianın 6-cı turu çərçivəsində “Kroton”a qarşı baş tutacaq matçda iştirak edə bilməyəcək.


Qeyd edək ki, Fabio Luçionini 1 ildən 4 ilədək yaşıl meydanlardan uzaqlaşdırılma cəzası gözləyir.


Məsələ ilə bağlı açıqlama verən italyan müdafiəçi, sadəcə, ona məsləhət görülən müalicəyə əməl etdiyini bildirib. Bundan başqa klub da yaydığı açıqlamada kapitanının yanında olduğunu deyib.

 

Xəbər xətti